
"Dünyada gün ərzində 34 min insan vətənini tərk edir"
İslam.az-ın APA-ya istinadla xəbərinə görə, bunu sığınacaq axtaranların himayəsi ilə bağlı hakimlər üçün keçirilən təlimdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Furio de Angelis deyib.
Furio de Angelis bildirib ki, qaçqınların öz vətənindən getməsinə əsas səbəb müharibə və münaqişələrdir:
"Son illər dünyada 64 milyon insan yurd-yuvasını tərk edib. Elə yerlər var ki, 30 ildən çoxdur orada münaqişə davam edir. BMT bu məsələdə həssasdır və səmərəli sığınacaq məsələsinə önəm verir. BMT-nin Ali Qaçqınlar Şurası bununla bağlı layihələr həyata keçirir. Hakimlər bu məsələdə həssas olmalıdır".