
2018-ci ilin aprel ayında Niderlandın Leiden şəhərində da ilk dəfə beynəlxalq Ərəbin film və foto sərgisi təşkil olunacaq.
Ahlibeyt.az-ın məlumatına görə, Maide.az-n “İQNA”-ya istinadən məlumatına görə, sərgi Avropa Ərbəin Dərnəyi tərəfindən təşkil olunacaq sərgi cari ilin aprel ayının 7-də təşkil olunacaq.
Avropa Ərbəin Dərnəyinin məsul işçisi Əlirza Rəcəbi deyib ki, sərgi yerli vaxtla saat 08:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
Onun sözlərinə görə, hazırda dərnək Niderlandın digər şəhərlərində də Ərbəin foto və film sərgisinin təşkili üçün çalışır, lazimi icazə alındıqdan sonra Hollandiyanın digər şəhərlərində də Ərbəin film və foto sərgisi təşkil olunacaq.