
İraq məhkəməsi İŞİD sıralarına qoşulmuş Türkiyə vətəndaşı olan 16 qadını ölüm cəzasına məhkum edib.
Ahlibeyt.az-ın məlumatına görə, SalamNews-un TASS-a istinadən verdiyi xəbərə əsasən ki, bu barədə "Al Sumaria" telekanalı məlumat yayıb.
Məlumata əsasən, qadınlar terrorçulara yardım göstərdiklərini etiraf ediblər.
Ali Məhkəmə Şurasının nümayəndəsi Əbdül Səttar Birkdar bildirib ki, hökm İraqın terrorçuluğa qarşı qanunvericiliyinə uyğun olaraq qəbul edilib və müttəhimlər federal məhkəmədə qərara etiraz edə bilər.