23 Fevral, 2018
Qazaxıstanda məscidlərə tələblər dəyişəcək

Qazaxıstan hökuməti ölkədə dini binaların, o cümlədən məscidlərin tikintisi zamanı tələbləri dəyişəcək.

Ahlibeyt.az-ın  Maide.az-a istinadən verdiyi xəbərə görə, hazırda bu ölkədə 3601 məscidin 84-ü boşdur.

Dini İşlər və Vətəndaş Cəmiyyəti üzrə nazir Nurlan Yermekbayev deyib ki, məscidlərin tikintisi zamanı bölgədəki əhalinin sayı nəzərə alınmalı və buna uyğun ölçüdə tikilməlidir.

Yeni standartlarla bağlı detalların yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8157.html