22 Fevral, 2018
HƏMAS-dan Mahmud Abbasın BMT Təhlükəsizlik Şurasındakı çıxışına etiraz

Mahmud Abbasın yalvarmağa oxşayan çıxışı qəbul edilə bilməz

Ahlibeyt.az-ın Eastnews-a istinad məlumatına görə,Fələstinin HƏMAS hərəkatı Mahmud Abbasın BMT Təhlükəsizlik Şurasındakı çıxışına etiraz edib.

HƏMAS-dan verilən yazılı açıqlamada bildirilib ki, Mahmud Abbasın çıxışı arzu olunan şəkildə olmayıb və Fələstin xalqının maraqlarını təmsil etmir.

“Bu çıxış Oslo razılaşmasınını bitirilməsini istəyən və işğalçılar ilə müzakirələrə qayıtmağı rədd edən milli maraqları özündə əks etdirmir”, - deyə açıqlamada diqqətə çatdırılıb.

Qeyd olunub ki, ABŞ Qüds qərarından geri addım atmadığı müddət ərzində Mahmud Abbasın yalvarmağa oxşayan çıxışı qəbul edilə bilməz.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8153.html