
Fələstin admnistrasiyasının rəhbəri Mahmud Abbas BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı xüsusi iclasında çıxış edib.
Ahlibeyt.az-ın məlumatına görə,Maide.az Parstoday-a istinadən verdiyi xəbərə əsasən, M.Abbas Fələstində törədilən zülm və cinayətlərin əsas səbəbkarının İngiltərə olduğunu deyib.
O, ABŞ-ın da bu mövzuda ikili standartlı yanaşmasını da tənqid edib:
"Fələstin probleminin həll edilməsi üçün çoxtərəfli beynəlxalq mexanizma qurulmalı və Fələstin BMT-yə üzv kimi qəbul edilməlidir", - deyə Abbas çağırış edib.
O, sözlərinə əlavə edib ki, bu vaxta qədər Fələstinlə bağlı 700-ə yaxın bəyannamə və Təhlükəsizlik Şurasında onlarla qərarnamə verilsə də, işğalçı İsrail tərəfindən yerinə yetirilməyib.
M.Abbas son olaraq Fələstinin müstəqilliyinin rəsmən tanınmasını istəyib.