
Küveytli yazıçı Məhəmməd əl-Muleyfi məqaləsində Hz.Mehdini(ə.f) təhqir etdikdən sonra Küveyt şiələrinin keçirdikləri etiraz aksiyası öz bəhrəsini verib.
Küveyt mətbuatı bildirir ki, Məhəmməd əl-Muleyfi atdığı addımın səhv olduğunu anlayaraq şiələrdən üzr istəyib. əl-Mufeyli deyib ki, mənim məqaləmdə Hz.Mehdiyə(ə.f) qarşı təhqir görən şiə qardaşlarımdan üzr istəyirəm və bildirirəm ki, mən özüm də Əhli-Beytə(ə) ehtiram göstərirəm. Bəziləri mənim qanımın halal olması barədə fikirlər də söyləyiblər ki, bu düzgün deyil. Çünki mən də Hz.Mehdinin(ə.f) zühur edib dünyanı ədalətlə bərqərar edəcəyinə etiqad bəsləyirəm.