20 Fevral, 2018
“Həşd Şəbi” qüvvələri İŞİD-in Kərkük ətrafında gizlənən silahlılarına qarşı əməliyyata başlayıb

İraq Xalq Səfərbərlik Birləşmələri "Həşd Şəbi"nin yüksək səviyyəli komandiri Hadi əl-Əmiri verdiyi açıqlama zamanı İŞİD-in öldürdüyü 20 döyüşçünün və əsir götürülən 27 nəfərin intiqamını alacaqlarını bildirib.

Ahlibeyt.az-ın eastnews-a istinadən verdiyi xəbərə görə, Hadi əl-Əmiri bildirib ki, İŞİD-in Kərkükdə olan qalıqları "Həşd Şəbi" qüvvələrinin konvoyuna pusqu qurub və nəticədə onlarla döyüşçü öldürülüb.

"Hücum Kərkük şəhərinin cənub-qərbindəki  Əs-Səduniyyə bölgəsində baş verib. Hücum edənlər İraq ordusu formasını geyiniblər" , - deyə H. Əmiri diqqətə çatdırıb.

İraq ordusunun mətbuat katibi briqada generalı Yəhya Rəsuli isə qeyd edib ki, hücumun arxasında İŞİD-in bölgədə gizlənmiş üzvləri dayanır və İraq ordusu terrorçuları məhv etmək üçün bölgədə geniş əməliyyatlara başlayıb.

İraq Baş naziri Heydər əl-Abadi isə terror hücumunda dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib.

Qeyd edək ki,Kərkük ətrafında gizlənən İŞİD döyüşçülərinə qarşı ordu,könüllü xalq birləşmələri(Həşd Şəbi) və polis qüvvələri geniş miqyaslı əməliyyata başladıb.

Xatırladaq ki,baş vermiş hücuma görə, İŞİD məsuliyyətini öz üzərinə götürüb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8135.html