14 Fevral, 2012
Bəhreyn kralının həyasızlığı

Bəhreynin kralı Həməd bin İsa Ali Xəlifə Almaniyanın həftəlik "Şpigel" jurnalına müsahibə verib.

Həməd bin İsa müsahibəsində həyasızcasına bildirib ki, ölkədə heç bir müxalifət əhval-ruhiyyəsi yoxdur. Sadəcə olaraq hər bir ölkədə mövcud olduğu kimi Bəhreyndə də bir dəstə narazı şəxslər vardır.

Bəhreyn kralı Bəhreyndə polislərin qadınlara qarşı zor işlətmələri barədə ona ünvanlanmış suala cavab olaraq isə deyib ki, Bəhreyndə belə bir hal baş verməmişdir. Mənim sizin dedikləriniz haqda heç bir məlumatım yoxdur. Əksinə biz qadınların mühafizəsi üçün əlimizdən gələni etməkdəyik. Bəhreyndə keçən il elan etdiyimiz fövqəladə hal da məhz qadınları qorumaq üçün elan edilmişdi.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-813.html