
İŞİD terror qruplaşması Dağıstanın Kizlər şəhərində törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Reuters agentli məlumat yayıb. Bununla belə faktı təsdiqləyən heç bir dəlil təqdim edilməyib.
Fevralın 18-də Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramının qeyd olunduğu kilsədə 22 yaşlı Xəlil Xəlilov insanlara atəş açıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 4-ü yaralanıb. X.Xəlilov polis əməkdaşının açdığı cavab atəşi ilə öldürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.