15 Fevral, 2018
Bakının Məşədi-Dadaş məscidində Əyyami-Fatimiyyə(s.ə) mərasimləri keçiriləcək

18-19-20 fevral tarixlərində saat 20:00 da Bakının "Məşədi Dadaş" məscidində Əyyami-Fatimiyyə məclisləri keçiriləcək

Xanım Zəhranın(s.ə) şəhadət günü barədə bir neçə tarix qeyd olunub ki, onlardan ikisi məşhurdur.Bir rəvayatlərə görə,Peyğəmbərin əziz qızı Fatimeyi-Zəhra(s.ə) Həzrət Məhəmməd(s)in  vəfatından  95 gün sonra – hicri qəməri 11-ci il(miladi 632-ci il)  ilin cəmadiyüs-sani ayının 3-də  Mədinədə dünyasını dəyişmişdir.

Bu günlər Əyyami Fatimiyyə(s.ə) -Fatimə günləri adlandırılır və Xanım Zəhraya(s.ə) əza mərasimləri təşkil olunur.

Ahlibeyt.az-ın məlumatına görə,hər il olduğu kimi bu il də Əyyami-Fatimə(s.ə) günləri ilə bağlı 3 gün - 18-19-20 fevral tarixlərində saat 20:00 da Bakının "Məşədi Dadaş" məscidində əza məclisləri təklil olunacaq.Məscidin imam camaatı  İlahiyyatçı alim Hacı Şahin Həsənli xütbə edəcək, əza mərasimi keçiriləcək.

Bu xütbələrin audio-video yazısı hər gün yenilənərək saytımızda yerləşdirilməsi nəzərdə tutulmuşdur.

Nəzərinizə çatdırırıq ki,saytda olan movcud medialinklə yanaşı, saytın  Facebook səhifəsindən, həmçinin telefon və planşetlər üçün nəzərdə tutulan xüsusi linkdən də xütbələri dinləmək  mümkün olacaq.Xütbələrin dinlənməsi üçün istifadəçinin facebook profilinin aktiv olunması zəruruidir.

https://www.facebook.com/ahlibeyt.az?ref=hl

Qeyd edək ki,bu il cəmadiyüs-sani ayının 3-ü fevralın 19-u şam azanı zamanı (gün batdıqdan sonra) daxil olacaq

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8123.html