
Səudiyyə Ərəbistanı şiələrinə məxsus xəbər saytı xəbər verir ki, Ali Səud rejiminin təhlükəsizlik qüvvələri Səudiyyə Ərəbistanının şərqində keçirilən etiraz aksiyalarını zor gücünə dağıtdıqdan sonra xəstəxanalara müraciət etmiş etirazçıların ovuna başlayıblar.
Sayt xəbər verir ki, şənbə günü təhlükəsizlik qüvvələri qəfil xəstəxanalara "təşrif" buyuraraq bütün palatalara bir-bir baxış keçiriblər. Amma onların axtarışları heç bir nəticə verməyib. Belə ki, aksiyalar zamanı yaralanmış şəxslər elə bu axtarışlardan ehtiyat etdikləri üçün xəstəxanalara müraciət etmirlər.