
İsrailin kəşfiyyat təyyarəsi çərşənbə günü Əl-Kunteyr şəhərinin ərazisində (Dəməşqin 40 kilometrliyi) Suriyanın hava məkanına daxil olub.
Ahlibeyt.az-ın “Report”-a istinadən xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
Bildirilir ki, Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələri kəşfiyyat təyyarəsinə atəş açaraq, onu ölkənin hava məkanından çıxmağa məcbur ediblər.