14 Fevral, 2018
İranda tanınmış jurnalist Ruhaninin referendum təklifini tənqid etdi - ƏTRAFLI

İranın "Keyhan" qəzetinin baş redaktoru ölkə prezidenti Həsən Ruhaninin referendum təklifini kəskin tənqid edib.

Ahlibeyt.az-ın məlumatına görə,İslamazeri.com-un "Tasnim"a istinadən verdiyi xəbərə əsasən,İranın "Keyhan" qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari Həsən Ruhani tərəfindən "22 Bəhmən"(red: inqilab ildönümü münasibətilə keçirilən yürüşlər) yürüşlərində gündəmə gətirilən referendum təklifini tənqid edib.

"Prezidentin "22 Bəhmən" yürüşlərində referendum təklifi, onun "22 Bəhmən" yürüşlərində on milyonlarla xalqın coşqulu bir şəkildə qatılmasından narahat olduğu mənasını verdiyi düşünülə bilər. Çünki xalq, "22 Bəhmən" yürüşlərində milyonlarla dəstək verərək,  İslam İnqilabına sadiqliklərini vurğuladılar və bu açıq aşkar on milyonlarla insanın sistemə "hə" deməsinin göstəricisidir. Bu səbəblə referendum təklifini etmək, bu insanları görməməzliyə vurulmasından başqa bir şey deyil", -deyə "Keyhan" qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari  bildirib.

Ö sözlərinin davamında deyib: ""22 Bəhmən" yürüşlərinə qatılanların 1 faizinin etirazı zamanı, Cənab Ruhani və onu dəstəkləyən media "Xalqın səsinə qulaq verilməlidir" kimi fikirlərlə qulaqları kar etmişdilər. İndi isə, xalqın həqiqi səsi olan kütlələrin və on milyonlarla insanın səsini duymaq istəməmələri çox təəccüblüdür. Əgər Cənab Prezident "22 Bəhmən" yürüşlərinə qatılanların səsini xalqın səsi olaraq görsəydi, referendum təklifinin bir mənası olmazdı. Cənab Ruhani 40 ildir sistemin yüksək rütbəli məsullarından biridir. Buna görə də, onun toxunduğu referendum təklifinin Konstutusiyanın 59-cu maddəsindəki şərtə uyğun olmadığını çox yaxşı bilir. Yəni, Prezident, bəhs keçən referendumun baş tutmayacağına əmin olmasına baxmayaraq, bu təklifi gündəmə gətirmişdir və  əgər bu təklifin həyata keçəcəyini prezident bilsəydi bu təklifi heç vaxt gündəmə gətirməyəcəyinə əminəm. Çünki o, sonuncu inqilaba dəstək yürüşündə şahid olduğumuzun eynisi olacağına əmindir."

Şəriətmədari  "Konstutusiyanın 59-cu maddəsindən keçən referendum, qanunun açıq və dəqiq olmadığı məsələlərlə bağlıdır və belə bir durumda referendum, parlament üzvlərinin üçdə ikisinin qəbulu ilə gerçəkləşəcəkdir, amma Prezidentin qanuni vəzifəsi, açıq bir şəkildə Konstutusiyada və mövcud qanunlarda açıqlanmışdır və Prezident bu qanunlara əməl etməyə borcludur. Dolayısı ilə, inşəllah bu referendum təklifinin gündəmə gətirilməsi, yerinə yetirilməyən vəzifələrdən boyun qaçırmaq üçün deyildir.", -deyə sonda bildirib.

Qeyd edək ki, İran prezidenti gələcəkdə referendum təklifilə bağlı çıxışlarının birində işarə etmişdi. Qərb mediası bu təklifin ölkədəki rejim dəyişikliyi ola biləcəyilə açıqlamışdı.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8113.html