14 Fevral, 2018
Azərbaycanda yaradılan ilahiyyat institu pulsuz olacaq - QMİ sədri

Azərbaycanda yaradılan ilahiyyat İnstitu dindarlar üçün bir töhvədir.

Ahlibeyt.az-ın  SalamNews-a istinadən məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə bu gün QMİ-də keçirilən tədbirdə bildirib.

QMİ sədri bildirib ki, yeni yaradılan instut pulsuz olacaqş Orada islam və qeyri islam dinin nümayəndələri təhsil ala biləcək Bütövlükdə bu cəmiyyətimiz üçün dindarlar üçün verilən qiymətdir.

Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılacaq. Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin etmək tapşırılıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8111.html