
Azərbaycanda yeni medal təsis olunur.
Ahlibeyt.az-ın məlumatına görə, bununla bağlı parlamentin plenar iclasının müzakirəsinə təqdim olunan "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilib.
Qanun layihəsinə görə, Azərbaycanda "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalının təsis edilib
Medal, səfərbərlik və həqiqi hərbi xidmətə çağırış işlərinin təşkilində, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində, vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlə əlaqədar müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuları, mülki işçiləri və digər şəxslər bu medalla təltif olunacaq.