14 Fevral, 2018
İndoneziyada Quran şəhərcikləri – Foto

İndoneziyada ölkədə “Quran şəhərcikləri” adı ilə fəaliyyət göstərən dini və dünyəvi elmlərin tədris edildiyi  mədrəsə və ibtidai təhsil ocaqlarının sayı hər il artmaqdadır.

Ahlibeyt.az-ın İqna-ya istinadən məlumartınaa görə, bu məktəb və mədrəsələr xeyriyyəçilərin maddi və mənəvi dəstəkləri ilə işə başlayıb.Ölkə böyu geniş yayılan bu təhsil ocaqlarında elm öyrənmək istəyənlərin sayı hər il artmaqdadır.

İndoneziyanın Yava və Sumatra adalarının on regionunda “Quran şəhərciyi” fəaliyyət göstərir. Bu məktəblərdə 5 min nəfərə qədər şagird təhsil alır.

Bu məktəblərin şagirdlərinin çoxunu əsasən imkansız ailələrin və valideynlərini itirmiş uşaqlar təşkil edir. Bildirilir ki, bu mədrəsələrin idarə edilməsi xərcləri imkanlı şəxslərin və xeyriyyə təşkilatlarının ilə öhdələnir.

“Quran şəhərciyi” məktəblərində Quran hifzi, qiraət, təcvid, təfsir, İngilis dili, Ərəb dili, Riyaziyyat və s.. dərslər tədris edilir.

İndoneziyanın Tangirang şəhərinin Quran şəhərciyinin rəhbəri Əhməd Cəmil  bu barədə deyir: İbtidai siniflər üçün şəhərcikdə yaşamaq icbari deyil. Amma sonrakı mərhələlərdə şagirdlər şəhərcikdə yaşamalıdırlar.

O, bəzi əsas elmlərin İngilis dilində tədris edildiyini vurğulayaraq bildirib: Biz bu mədrəsələrin məzunlarının sonrakı taleyi ilə də maraqlanırıq. Onlar arasında yetərincə sayda akademik təhsillərini davam etdirənlər var.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8107.html