
"Mart ayından başlayaraq din xadimlərinə müavinətin verilməsi planlaşdırılır".
Ahlibeyt.az-ın verdiyi xəbərə grə,bu barədə AzVision.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov məlumat verib.
Komitə rəsmisi bildirib ki, din xadimlərinə 400-450 manat məbləğində müavinət veriləcək.
"Bu, onların tutduğu vəzifədən asılı olacaq. İmamlar, imam müavinləri və dini ayin icraçıları statusuna uyğun müavinət alacaqlar".