
Hollandiyanın Draxten şəhərində radikal islamafob bir nəfər məscidə hücum edib.
Ahlibeyt.az-ın Maide.az-a istinadən xəbər verir ki, bu barədə İslam Mərkəzi Deaxten Vəqfinin rəhbəri Xalid Bennakeur məlumat verib.
Onun sözlərinə görə, naməlum şəxs məscidin arxa şüşəsini qırdıqdan sonra yanıcı maddəni içəri atıb.
Hadisə nəticəsində məscidə maddi ziyan dəyib.
Qeyd edək ki, son zamanlar Hollandiyada məscidlərə hücumlar artsa da, hələlik saxlanılan olmayıb.