
İranda səfərdə olan Fələstinin baş naziri İsmayıl Haniyə əl-Ələm xəbər televiziya kanalına verdiyi müsahibəsində Həmas təşkilatının qərargahının Suriyadan köçürülməsi şayiələrinə aydınlıq gətirib.
İsmayıl Haniyə müsahibəsində bildirib ki, təşkilatın mənzil qərargahının Suriyadan köçürülməsi xəbərləri doğru deyil. Və hal-hazırda da təşkilatın üzvləri Suriya ərazisində Fələstin xalqının və təşkilatın cari işlərinin həll olmasından dolayı fəaliyyət göstərirlər.