12 Fevral, 2018
Rusiya, Türkiyə və İran xarici işlər nazirləri arasında görüş keçiriləcək

Rusiya, Türkiyə və İran xarici işlər nazirləri arasında görüş keçiriləcək.

Ahlibeyt.az-ın Salamnews-a istinadən  xəbərinə görə, bunu Rusiya prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin köməkçisi Mixail Boqdanov deyib.

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov, türkiyəli həmkarı Mövlud Çavuşoğlu və iranlı həmkarı Cavad Zəriflə mart ayında Astanada görüşəcək. Hazırda tarix dəqiqləşdirilir. Görüşdə Suriya məsələsi müzakirə ediləcək", deyə o bildirib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8099.html