12 Fevral, 2018
Azərbaycandan Həcc ziyarəti üçün ayrılan kvota kəskin azalıb

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlərin sayı məlum olub.

Ahlibeyt.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən açıqlamaya əsasən, bu il Azərbaycanda Həccə 600 zəvvar gedə biləcək.

Bu, indiyə qədər Azərbaycandan Həcc ziyarəti üçün ayrılan ən az kvotadır.

Buna qədər ən az yer ötən il ayrılmışdı.

2017-ci ildə Azərbaycandan Həccə 900 zəvvar getmişdi.

Bu il üçün Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu bu gündən başlayıb.

Yalnız bir variantda təşkil olunan səfərin qiyməti 4150 ABŞ dollarıdır.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8098.html