12 Fevral, 2018
Livanlı hakimdən Həzrət Məryəmi (ə) təhqir edənlərə qeyri-adi hökm

Həzrət İsa Məsihin (ə) anası Həzrət Məryəmi (ə) təhqir edən üç gənc barəsində Livanlı hakimin qərarı hamını təəccübləndirib.

Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə,məhkəmə hakimi xanım Məryəmi (ə) təhqir edənləri həbs etmək əvəzinə Qurani- Kərimi hifz etmək barədə hökm çıxarıb.

Livanın xristian dinindən olan məhkəmə hakimi xanım Cuslin Mətanın bu cinayətkarlar barədə çıxardığı hökmə görə, Həzrət Məryəmi (ə) təhqir edən bu üç gənc Qurani- Kərimin Ali- İmran surəsinin həzrət İsa Məsih (ə) və həzrət Məryəm (ə) barədə olan ayələrini əzbərləməlidirlər.

Cuslin Məta verdiyi qərarın barəsində açıqlama verərkən deyib: Həzrət Məryəmi (ə) təhqir edən cavanlar bilsinlər ki, dinlər arasındakı tolerantlıq və müsəlmanların Həzrət Məryəmə (ə) olan məhəbbəti radikalların bu cavanların beyinlərinə doldurduğu batil fikirlərə ziddir. Və cavanların da həbsdən azad olmaq üçün əzbərləyəcəkləri ayələr Həzrət Məryəm və Həzrət İsanın (ə) barəsindədir.

Livanın xristian dinindən olan məhkəmə hakimi xanım Cuslin Mətanın bu addımı Livan rəmiləri tərəfindən alqışla qarşılanıb. Livanın prezidenti Səd Həriri bu barədə öz “twitter” hesabında yazıb:

“Bu hökm müsəlmanlar və məsihilər arasında müştərək məfhumların təlimi və ədalətin bərqərar olması üçün atılmış ən uğurlu addımdır”.

Livanın sabiq baş naziri Nəcib Miqati bu barədə deyib: “Mən hakim Cuslin Mətaya həbs cəzasının yerinə Quran ayələrini hifzini cəza kəsdiyi üçün salam göndərirəm. Yaşasın hakim Cuslin. Bu hökm islahatçı və dinlərarası tolerantlıq təlimləri barədə məhkəmə qanunlarında örnək kimi istifadə edilməlidir”.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8096.html