
Bəhreyndən verilən son məlumatlara görə, Bəhreyn İnsan Hüquqları Mərkəzinin fəal üzvü Zeynəb əl-Xəvacə dünən Bıhreyn polisi tərəfindən yenə həbs olunub.
Belə ki, dünən Bəhreynin məşhur "Lu-Lu"(bəhreynlilər keçən il mart ayında Ali Xəlifə rejiminin etirazçıları "Lu-Lu" meydanında qanına qəltan etdikdən sonra həmin meydanı "Şühəda" meydanı adlandırırlar). meydanına tərəf hərəkət edən Bəhreyn İnsan Hüquqları Mərkəzinin rəhbəri Nəbil Rəcəb, onun xanımı və qızı, həmçinin mərkəzin fəal üzvləri Yusif əl-Mühafizə və Zeynəb əl-Xəvacə Ali Xəlifə polisinin onlara tərəf açdıqları gözyaşardıcı qazlarla durdurulublar. Zeynəb əl-Xəvacə həmkarlarından öndə olduğu üçün üzərlərinə hücum edən polislər onu həbs ediblər. Digərlərinə isə ərazini tərk etmələri əmr olunub.