
Fələstin lideri Mahmud Abbas gələn həftə Rusiyaya işgüzar səfər edəcək.
Ahlibeyt.az-ın məlumatına görə, Maide.az-ın “islam-today”-a istinadən verdiyi xəbərə əsasən, səfər çərçivəsində fevralın 12-də Mahmud Abbas Soçidə Rusiya prezidenti Viladimir Putinlə görüşəcək.
ABŞ prezidenti Donald Trampın Qüdsü işğalçı İsrail rejiminin paytaxtı elan etməsi və bundan sonra yaranmış vəziyyət haqqında müzakirə paracaq.
Məlumatda bildirilir ki, fevralın 13-də Fələstin lideri Rusiya müftilər Şurasının sədri Ravil Qaynutdin ilə görüşəcək və Moskva cümə məscidini ziyarət edəcək.