
Türkiyə Suriyanın icazəsi olmadan ölkəyə daxil olub.
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, bunu İran prezidenti Həsən Ruhani bu gün yerli və xarici media üçün mətbuat konfransı keçirib.
Suriya problemi və Türkiyənin "Zeytun Budağı" hərbi əməliyyatından danışan Ruhani deyib:
"Ankara ilə çox yaxşı münasibətlərimiz var. Ancaq bir ordunun digər ölkənin ərazinə girməsi həmin ölkənin icazəsi ilə olmalıdır. Biz bunu müsbət qiymətləndirmirik. Ümid edirik ki, əməliyyatlar tez bir zamanda başa çatacaq. Biz başqa ölkənin ərazinə icazəsiz girişi heç cür qəbul etmirik".