12 Fevral, 2012
Küveyt şiələri etiraz aksiyası keçiriblər

Dünən Küveyt şiələri Məhəmməd əl-Muleyfi adlı yazıçının şiələrə və Hz.Mehdiyə(ə.f) təhqir dolusu yazısına etiraz əlaməti olaraq aksiya keçiriblər.

Aksiya iştirakçıları "Ləbbeyk Ya Məhdi" şüarları səsləndirərək Küveyt hökümətindən yazıçının cəzalandırılmasını tələb ediblər.

Aksiyada iştirak edən şiə parlamentariləri Feysəl əl-Devisan və Əbdül-Həmid Dəşti etiraz aksiyasında çıxış edərək 24 saat ərzində yazıçının cəzalandırılmasını istəyiblər.

Feysəl əl-Devisan çıxışında deyib ki, mən küveytli əhli-sünnəyə müraciət edərək deyirəm ki, siz bizim din bacı və qardaşlarımızsınız. Və birlikdə Küveytdə məzhəb ayrıseçkiliyi salanlara qarşı dayanmalıyıq. Hz.Mehdi(.əf) həm şiə və həm də əhli-sünnənin etiqadlarındandır. Ona qarşı edilən təhqir ümumən İslama edilən təhqir hesab edilməlidir.

O daha sonra deyib ki, biz şiələr Küveytdə bəzi ədalətsizliklərə məruz qalırıq. Bir vahhabi çıxıb bizi təhqir etdikdə, ona qarşı heç bir tədbir görülmür. Amma bir şiə bunu etdiyi zaman dərhal həbs olunur?

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-806.html