
İŞİD üzərindəki qələbədən sonra 3.2 milyon iraqlı öz doğma evlərinə geri dönüblər.
Ahlibeyt.az-ın Tass agentliyinə istinadən verdiyi xəbərə görə,bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi stafan Dyujjarik açıqlama verib.
S.Dyujarrik bildirib ki,BMT humanitar idarəsinin apardığı hesablamalara görə,İŞİD-ə qarşı aoparılan genişmiqyaslı hərbi əməliyyatlardan sonra öz doğma ev-eşiklərini tərk etmiş iraqlıların geri dönüşü tempində artma qeydə alınıb.
Açıqlamaya görə, son aylar İraqın əl-Ənbar,Səlahəddin və Neynəva bölgələrində qaçqınların geri dönüşündə nəzərə çarpacaq qədər artım qeydə alınıb.