
Evlənmək istəyən şəxslər ailə həyatının mahiyyəti haqqında məcburi təhsilə cəlb ediləcək
Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə,Özbəkistanda "Qadınları Dəstəkləmə və Ailə İnstitunu Gücləndirmə" proqramı çərçivəsində nikah və boşanma qaydaları dəyişdiriləcək.
Bundan sonra evlənmək istəyən şəxslər ailə həyatının mahiyyəti haqqında məcburi təhsilə cəlb ediləcəklər.Həmçinin, nikah müraciəti üçün gözləmə müddəti artırılacaq. Hazırda bu müddət 1 aydır. Bu vaxtın nikah kimi vacib bir addımın atılması üçün kifayət qədər olmadığı bildirilir.
Boşanmalar zamanı isə cütlüyə barışma üçün verilən vaxt 6 aydan 1 ilə artırılacaq. Bundan başqa, boşanmaq istəyən tərəf üçün digər tərəfə məcburi mülkiyyət ödəmə şərti gətiriləcək.
Bu layihə digər ölkələrdə tətbiq edilən ən yaxşı təcrübələr nəzərə alınaraq hazırlanacaq.