
Dünən gecə Ali Xəlifə polisi əl-Vəfaq partiyasının sədri Hüccətül-İslam Şeyx Əli Salmanın evinə yenə hücum ediblər.
Xanımı və qızı ilə olduğu zaman evinə gözyaşardıcı qazlarlıa atəş açıldığını görən Şeyx Əli Salman ailə üzvlərilə birlikdə bir otağa yerləşib. Daha sonra zəhərli qazı udmamaq üçün burun və ağızlarını nəm əski ilə örtüblər. Xoşbəxtlikdən onların heç biri ciddi xəsarət almayıb.
Xatırladaq ki, Şeyx Əli Salmanın evi avqust, sentyabr və noyabr aylarında da hücuma məruz qalmışdı.