5 Fevral, 2018
Azərbaycandan bir qrup zəvvarın Ümrə ziyarəti başlayıb

Ötən gün Azərbaycandan bir qrup zəvvarın kiçik Həcc Ümrə ziyarəti başlayıb.

Ahlibeyt.az-ın Report-a istinadən məlumatına görə,  50-dək zəvvarın iştirak etdiyi səfər fevralın 13-dək davam edəcək. Həmin gün zəvvarlar Azərbaycana qayıdacaqlar.

Xatırladaq ki, 3 günlük Mədinə, 5 günlük Məkkə ziyarəti ilə yekunlaşan Ümrə ziyarəti üçün digər qrupun səfəri mart ayına planlaşdırılır.

Qeyd edək ki, Həcc ziyarətindən iki ay sonra kiçik Həcc ziyarətinə səfərlər başlayır. Bu il Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləği aşağı salınıb. Məsələn, keçən il Ümrə ziyarəti üçün ən aşağı qiymət 2 min dollardan çox idi. Hazırda qiymətlər otelə görə 1500 dollardan 2300 dollara qədər dəyişir.Yəni, qiymətlər 500 dollardan da çox ucuzlaşıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8043.html