
Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində bu günə qədər 897 terrorçu məhv edilib.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Türkiyə Silahlı Qüvvələri Baş qərərgahı məlumat yayıb.
Məlumata əsasən, son sutka ərzində İŞİD və PYD terror qruplaşmalarına aid sığınacaqlar, mövqelər və silah-sursat anbarları daxil olmaqla 15 hədəf məhv edilib.
Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.