11 Fevral, 2012
Marneulidə Məhəmməd(s) peyğəmbərin və İmam Sadiqin(ə) mövludları qeyd olunub

Fevralın 10-da Gürcüstanda yaşayan soydaşlarımız Hz.Rəsuləllahın(s) və İmam Sadiqin(ə) mövludunu qeyd ediblər.

Tədbir Əhli-Beyt(ə) Cəmiyyətinin və İmam Əli(ə) məscidinin təşkilatçılığı ilə Marneulidə keçirilmişdir.

Tədbirdə Tbilisi, Rustavi, Marneuli, Dumanisi, Bolnisi və Qardabanidən qonaq gələn müsəlmanlar iştirak etmişlər. Quran ayələrinin oxunması ilə başlanan tədbirdə daha sonra Hacı Hacıyev çıxış edərək Hz.Rəsuli-Əkrəmin(s) həyatı barədə geniş məlumat verib. Hacı Hacıyevdən sonra çıxış edən əl-Mustafa İslam İnstitutunun tələbəsi Elçin Daşdanov isə İmam Sadiqin(ə) anadan olması və həyatı haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Tədbirdə həmçinin Hz.Rəsuli-Əkrəmin(s) müdrik hədis və kəlamları söylənilib və surudlar səsləndirilibh.

ahlibeyt.ge

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-804.html