2 Fevral, 2018
Həmsədrlər danışıqlar üçün Azərbaycan və Ermənistana səfər edəcək

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) regiona səfərlərinin dəqiq tarixi məlum olub.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,diplomatik mənbə APA-ya eksklüziv olaraq bildirib ki, vasitəçilərin regiona səfəri Azərbaycandan başlanacaq.Onlar fevralın 3-də Bakıya gələcəklər.

Fevralın 4-də həmsədrlərin Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.

Vasitəçilər Bakıdan İrəvana yollanacaq, orada Ermənistan rəhbərliyi ilə görüşəcəklər.Vasitəçilər Ermənistana fevralın 7-də səfər edəcəklər.

Onlar İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparacaqlar.

Qeyd edək ki, fevralın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov italiyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Ancelino Alfano ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib ki,"Bizim birgə səylərimizlə ATƏT Dağlıq Qarabağda münaqişənin həllinə töhfə verməyə davam edəcək".


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8031.html