1 Fevral, 2018
Səudiyyənin Yəmənə endirdiyi hava zərbələri nəticəsində 17 nəfər ölüb

Ərəb ölkələri koalisiyasının Yəmənin Amran əyalətinə endirdikləri hava zərbələri nəticəsində azı 17 nəfər ölüb, 20-dən çoxu yaralanıb.

Ahlibeyt.az-ın RiaNovosti-yə istinadən verdiyi xəbərə əsasən, koalisiya aviasiyası Əl-Kafla dairəsində körpü və bazarı bombalayıb.

Qeyd edək ki, Yəməndə husilərə bağlı (“Ənsər Allah” hərəkatı) ilə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8023.html