
Səudiyyə Ərəbistanının Məkkə şəhərində dünyanın ən böyük halal qida mərkəzi istifadəyə verilib.
Ahlibeyt.az-ın İQNA-ya istinadən məlumatına görə, mərkəzin qurulmasında əsas məqsəd halal şərtlərin tətbiqi, halal qidaların ixracı və idxalında standartların müəyyən edilməsi və onlara riayət edilməsini təmin etməkdir.
Mərkəzin 20 dildə tanıdılması İslam Dünyası dərnəyi tərəfindən tanıdılması nəzərdə tutulub.
Məlumata görə, İslam Dünya Dərnəyi halal fəaliyyətlər məsələlərinə nəzarət etmək üçün Braziliya, Avstraliya, Kanada və digər ölkələrə dini araşdırmaçılar və mütəxəssisləri göndərmək niyyətindədir.
Bildirilir ki,Məkkədə fəaliyyətə başlayan Dünya Halal Mərkəzi İslam Dünyası Dərnəyinin təəbbüsü ilə açılıb.
Qeyd edək ki, Dünya Halal Mərkəzi bir çox ölkələrdə halal məhsulların hazırlanmasında yardım edilməsini məhsullara standartlara uyğun halallıq sertifikatı verilməsini də nəzərdə tutub.