31 Yanvar, 2018
Bu gün Xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadət günüdür

Bu gün hicri qəməri tarixi ilə Cəmadiül-əvvəl ayının 13-ü qeyd olunan bir ehtimala əsasən Vilayət yolunun ilk şəhidi Xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadət günüdür. Bu şəhadət münasibətilə başda Hz.Mehdi(ə.f) olmaqla bütün müsəlmanlara təsliyyət diləyirik.

Əziz peyğəmbərimizin qızı, imamlar anası həzrəti Fatimeyi-Zəhranın şəhadət günü ilə bağlı iki rəvayət mövcuddur.Bəzi rəvayətlərə görə o, atasının Həzrət Mühəmməd Peyğəmbərin(s) vəfatından 75 gün sonra, bəzi rəvayətlərə görə isə 95 gün sonra şəhid olmuşdur. Bu iki nəzəriyyə daha mötəbər sayılır. Ona görə də Həzrət Zəhranın (ə) şəhadəti cəmadiyül-əvvəl ayının 13-də və cəmadiyül-axır ayının 3-də qeyd edilir.

Fatimə(s.ə) Peyğəmbər(s)-in vəfatından sonra az bir müddət yaşadı. Bu müddət ərzində  heç kim onu gülərüz görmədi. Həftədə iki dəfə(I və III günlər) Ühüd şəhidlərinin qəbirləri kənarına gedib, orada namaz qılar və dua oxuyardı. O Xanım vəfat edənə kimi bu işi davam etdirirdi.

Peyğəmbər buyurur-"Həqiqətən, Allah Fatimənin razılığına razı olar və qəzəbinə qəzəblənər".

Əziz İslam peyğəmbərinin vəfatından dərhal sonra baş verənlər qarşısında özünü mübarizə meydanına atan Fatimeyi Zəhra İmamət yolunda özünü fəda edən ilk şəxsdir.Demək olar bütün araşdırmalar onu göstərir ki,peyğəmbərdən sonra İmamətin mövcudluğu bu əzəmətli xanımın şəhadəti qarşılığında mümkün oldu.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8012.html