27 Noyabr, 2023
Bu gün Xanım Fatimeyi-Zəhranın şəhadət günüdür

İslam peyğəmbəri Həzrət Muhəmmədin(s) əziz qızı, "Analar anası", "Dünya və axirət xanımlarının xanımı" Həzrət Zəhranın (s.ə) şəhadət günləri qeyd edilir.

Bu gün qəməri təqvimi ilə Cəmadiül-əvvəl ayının 13-ü qeyd olunan ehtimala əsasən Xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadət günüdür.

Bu günlər müsəlmanlar arasında "Əyyami-Fatimiyyə" kimi tanınır.

Əziz peyğəmbərimizin qızı, imamlar anası həzrəti Fatimeyi-Zəhranın şəhadət günü ilə bağlı iki rəvayət mövcuddur.Bəzi rəvayətlərə görə o, atasının Həzrət Mühəmməd Peyğəmbərin(s) vəfatından 75 gün sonra, bəzi rəvayətlərə görə isə 95 gün sonra şəhid olmuşdur.

Bu iki nəzəriyyə daha mötəbər sayılır və Həzrət Zəhranın(s.ə) şəhadəti cəmadiyül-əvvəl ayının 13-ü və cəmadiyül-axır ayının 3-də qeyd edilir ( Miladi təqvimi ilə bu il 27 noyabr və 17 dekabr).

Bu iki tarixin arasında 20 gün zaman vardır ki, Əhli-Beyt (ə) aşiqləri bu günləri “Əyyami Fatimiyyə” (Fatimə günləri) adlandırır və Xanım Zəhranın(s.ə)şəhadətini yad edən mərasimlər təşkil olunur.

Fatimiyyə hadisəsi İslam tarixinin istiqamətini dəyişən bir hadisədir. Həzrəti Fatimənin (ə) şəxsiyyəti araşdırılmalıdır, o Xanımın(s.ə) həm mənəvi tərəfləri, həm onun ictimai-siyasi fəaliyyətləri bəşəriyyətə aşılanmalıdır. Həzrəti Fatimə öz dövrünün böyük ictimai xadimi olub. O, bəşəriyyət üçün nümunə olan bir insandır. Onun həyatı və mübarizəsi ali ümumbəşəri dəyərlər uğrunda olub və bütün bunlar  Fatimiyyə günlərində insanlara çatdırılmalıdır.

lakin qeyd olunur ki,bu iki şəhadət arasında olan günləri toy, şənlik, bayram keçirməyi şəriətimiz qadağan etmir. Yəni din bunu qadağan etmir. Sadəcə olaraq istənilən vaxt şadlıq keçirəndə ifrata varmaq, ilahi hədləri aşmaq olmaz. Bu hədlərə riayət etmək əsas şərtdir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8010.html