29 Yanvar, 2018
Türkiyə ordusu Afrində 557 terrorçu məhv edib

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində bu günə qədər  ümumilikdə  557 terrorçu məhv edilib.

Ahlibeyt.az-ın Türk mətbuatına istinadən məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahının açıqlamasında bildirilir.

Məlumatda həmçinin bildirilir ki, yanvarın 28-də əməliyyata 13 təyyarə cəlb edilib. Təyyarələrin hamısı döyüş tapşırıqlarını uğuqla yerinə yetirərək artıq təhkim olunduqları aviabazalara qayıdıb.

Terrorçularla döyüş zamanı iki hərbçi yaralanıb.

Əməliyyatın planlı şəkildə davam etdirildiyi bildirilir.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.



Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7997.html