29 Yanvar, 2018
Suriya və İraqda 300-dən artıq azərbaycanlı uşaq və qadının olduğu müəyyənləşdirilib

Suriya və İraqda radikal dini təsirlərə məruz qalmış 300-dən artıq azərbaycanlı uşaq və qadının olduğu müəyyənləşdirilib.

Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

S. Heydərov deyib ki, bir uşaq artıq ölkəyə gətirilib, reabilitasiya prosesinə cəlb olunub: "19 uşaq da müəyyənləşdirilib, yaxın vaxtlarda onlar ölkəyə gətirilərək psixoloq, ilahiyyatçı və digər mütəxəssislərin iştirakı ilə reabilitasiya prosesinə cəlb olunacaq".

Qeyd edək ki,saxlaılan Azərbaycan vətəndaşları Suriya və İraqda vəhabilərdən(sələfi) formalaşdırılmış İŞİD terror qruplaşmasına qarşı keçirilən genişmiqyaslı əməliyyatlardan sonra işğal olunmuş ərazilərdə ələ keçirililiblər.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7996.html