27 Yanvar, 2018
YUNİSEF: Afrində əməliyyatlar zamanı 11 uşaq dünyasını dəyişib

YUNİSEF(UNUCEF) - BMT-nin Uşaq Fondu Türkiyənin Afrində keçirdiyi "Zeytun Budağı" əməliyyatları ilə bağlı açıqlama yayıb.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən məlumatına görə, BMT-nin uşaq fondu olan - YUNİSEF-in Suriya təmsilçisi Fran Equizanın açıqlamasına görə, Türkiyə ordusunun Afrindəki əməliyyatları zamanı 11 uşaq dünyasını dəyişib.

Equiza bütün tərəflərin BMT-nin Uşaq Haqlarına dair Sözləşməyə əsasən hərəkət etmələrinin vacib olduğunu qeyd edərək, mülkü vətəndaşların təhlükəsiz bir şəkildə müvəqqəti keçişini həyata keçirilməsi üçün şərait yaratmalarını istəyib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7993.html