27 Yanvar, 2018
Suriya müxalifəti Soçidəki Konqresdə iştirakdan imtina edib - Açıqlama

Suriyanın müxalif Danışıqlar üzrə Komitəsi Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresində iştirakdan imtina edib.

Ahlibeyt.az-ın məlumatına görə, APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə əsasən, bu barədə qurumun “Twitter” səhifəsində bildirilib.

Qeyd olunub ki, Suriya müxalifəti Rusiyanın Soçi şəhərində keçiriləcək tədbiri boykot edir.

Məlumatı Reuters agentliyinə Suriyanın Danışıqlar üzrə Komitəsinin nümayəndəsi Yəhya əl-Əridi təsdiqləyib.

Onun sözlərinə görə, rəsmi Dəməşq və Moskva tədbirlə bağlı lazımi öhdəliklərin yerinə yetirilməsini təmin etməyiblər.

“Konqres BMT-nin sülh danışıqlarında vasitəçi qismində səylərini pozmağa cəhddir”, deyə Y.Əl-Əridi vurğulayıb.

Rusiya, Türkiyə və İran yanvarın 29-30-da Soçidə Suriya cəmiyyətinin bütün qruplarının iştirakı ilə Milli Dialoq Konqresinin keçiriləcəyini bəyan edib.  Milli Dialoq Konqresində 1600 nəfərə yaxın adamın iştirak edəcəyi gözlənilir. Rusiya XİN-i tədbirə müşahidəçi qismində Birləşmiş Millətlər Təşkilatının nümayəndələri, bir sıra regional və beynəlxalq tərəfdaşları dəvət edib.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7992.html