
ABŞ-ın Texas ştatında yerləşən və bir il öncə yandırılan Viktoriya İslam Mərkəzi və məscidinin bərpası layihəsinə start verilib və iyul ayına kimi başa çatacağı bildirilir.
Ahlibeyt.az-ın məlumatına görə, Maide.az "hawzahnews"-a istinadən verdiyi xəbərə əsasən, məscidin bərpası üçün lazım olan vəsaiti dünyanın müxtəlif ölkələrindən olan xeyriyyəçilər verib.
Məscidin bərpası üçün yardım kompaniyasına dünyanın 90 ölkəsindən qoşulub və 1.1 milyon dollar vəsait toplanıb.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayında Texasda Viktoriya İslam Mərkəzində yanğın törədilib. Məscid yanğın nəticəsində tamamilə yararsız hala düşüb.
Xatırladaq ki, məscid 2000-ci ildə tikilib və bir neçə dəfə hücumlara məruz qalıb.
