25 Yanvar, 2018
Vəhhabi şeyxi: Nigeriyada hazırkı prezidenti hakimiyyətə biz gətirdik - Video

Nigeriyada kimi istəsək, iktidara gətirmək gücündəyik.

Ahlibeyt.az-ın Eastnews-a istinadən məlumatına görə,bunu Giro adlı Nigeriyalı vəhabi şeyxi bilidirib.

Məlumata görə, Nigeriyada Giro adlı vəhabi şeyx hazırkı prezident Məhəmməd Buxarinin öz adamları olduğunu açıqlayıb.

O, çıxışı zamanı “Yan Agaji” adlı təşkilat qurduğlarını və üzvlərinin sayının Nigeriya polisindən çox olduğunu bəyan edib.

“Nigeriyada kimi istəsək, iktidara gətirmək gücündəyik. Öncəki prezidenti biz devirdik. Hazırkı prezidenti hakimiyyətə biz gətirdik”, - deyə vəhabi din adamı bildirib.

Xatırladaq ki, Nigeriya şiələrinin lideri Şeyx Zəkzaki Nigeriya Ali Məhkəməsinin qərarına baxmayaraq, hələ də həbsdədir. Lakin bir müddət öncə ölkədə 244 “Boko Haram” terror təşkilatının üzvü sərbəst buraxılıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7977.html