
Pakistan Banqladeşlə münasibətlərdə aralarında olan problemlərə baxmayaraq Myanmadan olan rohinyalı qaçqınlara yardım etməyə hazır olduğunu bəyan edib.
Bu bəyanatla Pakistan xarici işlər naziri Həvadca Məhəmməd Asif "RİA Novosti"- yə müsahibəsində çıxış edib. “Əgər Banqladeşə qaçqınlarla bağlı böhranda bizim yardımımız lazım olsa, biz bu yardımı etməyə hazırıq. Lakin dövlətlərimiz arasında olan münasibətlər lazım səviyyədə deyil. Buna baxmayaraq məsələ qaçqınlarla bağlıdırsa biz yardım etməyə hazırıq” , - deyə Pakistan XİN rəhbəri bildirib.
Qeyd edək ki,bir müddət əvvəl Banladeşlə Myanma arasında razılaşma əldə edələrək rohunyalı müsəlmanların ölkələrinə geri dönməsi barədə yol xəritəsi hazırlanıb.Razılaşmaya görə,qaçqınlar üçün iki düşərgə salınacaq və iki il ərzidndə geri qaytarılmaları təmin olunacaq.