
23 Yanvar - 5 Cəmadiül - əvvəl səbir və şücaət təcəssümü və iffət müəlliməsi Həzrət Zeynəbin(s.ə) mövlud günü qeyd olunub.
Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, Xanım Zeynəbin (s) pak hərəmi O həzrətin mövlud axşamı 20 min gül şaxəsi ilə bəzədilib. Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin Suriyadakı nümayəndəsi höccətül-islam Əbülfəzl Təbatəbainin iştirakı ilə xanım Zeynəbin (s) mübarək qəbrinin tozu alınıb və qəbrin örtüyü yenisi ilə əvəzlənib.
Məluamta görə, hazırda Xanım Zeynəbin (s) hərəminin nəzdində qonaq evi tikilir. 1500 kvadrat metrdə tikilən 3 mərtəbəli qonaq evinin tikintisi sürətlə davam etdirilir.
Tasnimnews-a istinadən Xanım Zeynəbin (s) hərəmindən yeni fotoları təqdim edirik.
.jpg)
.jpg)
.jpg)