23 Yanvar, 2018
Ruhaninin “Məsumlar tənqid edilə bilər” açıqlamasına din alimlərindən etiraz yenidən gündəmdə - GENİŞ

Yanvar ayının 8-də İran prezidenti Maliyyə və İqtisadiyyat nazirləri, o cümlədən millət vəkillərilə görüşü zamanı verdiyi açıqlamalara böyük din alimlərinin etirazları davam etməkdədir.

Həsən Ruhani çıxışı zamanı "Hər kəs tənqid edilməlidir. İstisna yoxdur. Ölkədəki bütün məsullar tənqid oluna bilərlər. Peyğəmbər də tənqidə izin verirdi. Tarixdə Peyğəmbərdən üstünü yoxdur. Peyğəmbər söhbət edəndə, bir kişi qalxıb "Bu sənin sözün yoxsa vəhydir." demişdi. Əgər peyğəmbər vəhy olduğunu bildirsəydi, hər kəs qəbul edəcəkdi. Öz sözü olduğuu desəydi isə, qəbul etməyib tənqid edəcəklərdi. Məsumların hökümətləri dönəmindədə tənqidlər var idi.", -deyə bildirmişdi.

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com "Tasnim" agentliyinə istinadən xəbər verir ki, arasından 10-gündən çox keçməsinə baxmayaraq bu açıqlama aktuallığını və gündəmdə olmasını itirməyib. Belə ki, bir çox din alii və müctehid məsələyə öz münasibətini bildirməkdədir.

Ayətullah Məkarim Şirazi: Bu qırmızı xəttdir!

Mərcəi təqlid müctehidi olan Ayətullah Məkarim Şirazı məsələ ilə bağlı bunları deyib: "Məsullardan birinin açıqlaması zamanı tənqid mövzusunun niyə məsumlara qədər gətirilib çıxarılması çox müzakirə olundu, bəzi yerləri təkzib edildi. Məsumlarla bağlı ciddi narahatlıq olmasnan sonra ofisimizə zənglər edildi və məktublar gəldi. Biz susmuruq və bu məsul şəxsin (Ruhaninin) açıqlamasına cavab olaraq bildiririk ki, Məsumlar bizim qırmızı cisgimizdir və onların xəta və günahdan məsum olmaları, Şiə məzhəbinin ən bariz inanclarından biridir. Tənqidi hamıya aid etmək istədikdə, bura niyə Peyğəmbər və İmamları qatırsan? Siz cəmiyyətdə məsum olmayan insanların olduğunu və bu şəxslərin tənqid edilə biləcəklərini bildirirsiz. Amma qırmızı cisgi ilə işiniz olmasın. Buna nə gərək var? Vəhdətə ehtiyacımız olduöu halda, niyə cəmiyyəti əsəbləşdirəcək açıqlamalar edirsiz? Məsullar tənqid edilə bilirlər. Məsum və onların dönəmlərilə nə işiniz ar? Başınıza niyə dərd açırsız? Bu tip mövzular, bəzilərinin bu məsulun problem və tələbləri xalqın zehnindən uzaq tutmaq və marginallaşdırmaq üçün bucür açıqlama etdiyini düşünməsinə səbəb oldu. Xalqı bu cür düşündürəcək şeylər etmək lazım deyildir."

 

Ayətullah Nuri Həmədani: Bu kimi açıqlamalar boş sözlərdir...

 

Digər mərcəi təqlid müctehidi olan Ayətullah Nuri Həmədani də Ruhaninin açıqlamalarına etiraz edib. O "Peyğəmbər və məsumları tənqid etmək olar" kimi açıqlamalar boş sözlərdir. Onlar sual verməyə izin verirlərdi, amma məsumlarda səhv tutmur və tənqid etmirdilər. Peyğəmbər və İmamlar məsumdurlar və onların tənqid edilməsinin mənası yoxdur. Hövzə alimləri lazım olan cavabı verdilər. Buna görə də, bu mövzuda boş sözlər danışılmamalıdır. Peyğəmbər və İmamlar məsumdurlar - bunda şübhə yoxdur. İmamların özəllikləri İmam Hadidən nəql edilən "Camieyi Kəbirə" ziyarətində zikr edilmişdir.  Ənbiyaların məsumluğunu aradıran mövzularla  məşğul olmamalıyıq. Bəlkə də, bu da bu tip olaylar meydana gətirırək, müsəlmanlanları bir-birilərilə başını qatıb, bu fürsətdən istifadə etmək düşmənin bir planıdır.", -deyə bildirib.

 

Ayətullah Seyid Əli Hüseyni Milani: Məsumlar batil söz söyləməz...

Mərcəi təqlid müctehidlərindən olan Ayətullah Seyid Əli Hüseyni Milani əlxalq haqqında danışmaq istəyən birinin, əxlaq haqqında danışmaq izininə sahib olmasının lazım olduğunu bildirib. O sözlərinin davamında deyib: "Cəmiyyətimizin mübtəla olduğu mövzulardan biri də tənqid mövzusudur. Kim tənqid edə bilər və tənqid necə olmalıdır? İnsan kimi tənqid edə bilər? Bunların bir ölçüsü var və bunlar şəriətlə təyin edilmişdir. Tənqidi buna izni olan şəxs etməlidir. Amma məsumlarda da belədirmi? Məsumların kəlamı bu cürdürmü? İmam və Nəbinin sözü tənqid edilir deyildikdə "Peyğəmbər özündən bir şey demədi, nə dedisə vəhydən dedi", "Peyğəmbər sizə nə verdisə alın və nədən vaz keçməyinizi əmr etdisə çəkinin" və bu kimi ayələr necə açıqlanacaq?

Bir ərəbin Qədir Xumdan sonra gəlib "Bu sənin sözünmü, ALllahın vəhyidirmi" açıqlamasını elm almış birinin (Ruhaninin) Peyğəmbərdə tənqid edilə bilər kimi açıqlaması sözdürmü? Vaqiə surəsinin birinci ayəsi nazil olduğu və orada olanların dərk etdiyi olayamı istinad edilər? Birincisi ərəbin bu sözü tənqid yox etiraz idi . İkincisi İmam, Nəbi və mələkləri ehtiva edən Məsumun kəlanını tənqid etməyin bir yolu yoxdur. Tənqid haqqı batildən ayırmmaq üçündür. Məsum batil söz deyərmi? Buna görə də, düşmənlərin əlinə bəhanə verən danışıqlar etməməliyik. Bəzi səhabələrin Peyğəmbərə qarşı etdikləri davranışlara bəhanə verəcək şəkildə danışmamalıyıq və əzaba səbəb olacaq ifadələrdən istifadə etməməliyik."

 

Ayətullah Möhsin Əraki: Gənclikdə oxuduğunuz dərsləri unutmuş kimi görünürsünüz

Qum Elmi Hövzəsinin təsisçi üzvlərindən olan Ayətullah Möhsin Əraki, xüsusilə Peyğəmbər olmaqla Əhlibeytin tənqid edilməsinin ismətə mövzusuna zidd olaraq dəyərləndirərək deyib: "Quran və ayələrdə Peğyəmbərin məsumluğu açıq aşkar bildirilib. Peyğəmbərə itaət, Allaha itaətir - kimi ayələr Peyğəmbər kəlamının Allahın kəlamı olduğunu bildirir."Əraki digər sübutlar da gətirərək (xülasə qeyd etmişik) Ruhaniyə xitabən sözlərini belə davam edib: "Gənclikdə oxuduğunuz dərsləri unutmuş kimi görünürsünüz. Ən yaxşısı siyasətinizə maraqlanın, elminə sahin deyilsizsə insanların inanclırını rahat buraxın. Xalqın zatən bir çox dünyəvi və yaşam sıxıntısı var, bu mövzu haqda məlumatınız yoxdursa. xalqın axirət mövzuları ilə işiniz olmasın."

 

Tehranın İmam cüməsi Ayətullah Müvəhhidi Kirmani də məsələyə qısa münasibət bildirib. O "Özü də, alim olan birindən bu tip ifadələr duymaq çox narahat edicidir. Prezident postunda oturan bir nəfərdən bunları duymaq mənə çox təsir etdi.", -deyə bildirib.

Xatırladaq ki, məsələyə ilk etiraz edənlərdən biri Ayətullah Fazil Lənkəraninin oğlu Cavad Lənkərani olmuşdu. Onu da qeyd edək ki, açıqlamaların bəzi hissəsi Prezident sözcülüyü tərəfindən təkzib olunmuşdu.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7960.html