
ABŞ-ın dövlət katibi Reks Tillerson PYD və YPG-dən aldığı məlumatlara əsasən Türkiyəyə raket atılmadığını söyləyir. ABŞ-ın dövlət katibi terrorçuların dili ilə danışır.
Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir Tillersona məlumatarı əldə etdiyi mənbəni diqqətlə yoxlamağı məsləhət görüb: "Tillerson terrorçulardan sitat gətirmək əvəzinə Türkiyənin təqdim etdiyi faktlara inanmalıdır. Biz gördüklərimizə, yaşadıqlarımıza inanırıq. Bizimlə terrorçuların dili ilə danışmayın".