
“İmam Rzanın (ə) həyat tərzi” adlı kitab 4 dilə tərcümə və çap olunub.
Ahlibeyt.az-ın Maide.az istinadən xəbər verir ki, bunu İmam Rzanın (ə) hərəminin əcnəbi zəvvarlarla iş üzrə idarə rəhbəri Seyid Məhəmməd Cavad Haşiminejad deyib.
M.C. Haşiminejad deyib ki, kitab 5 min cilddə azərbaycan, urdu, ərəb və ingilis dillərində çap olunub. “Kitabın müaəllifi Məhəmməd Baqir Purəminidir. 138 səhifəlik kitab Məşhəddə İmam Rzanın (ə) hərəmini ziyarət edən əcnəbi zəvvarlara paylanılacaq.”
“Cəza” tamaşasına baxmaq istəyənlərin çoxluğu nəzərə alınaraq səhnə əsəri yanvarın 22-də və 23-də yenidən nümayiş etdiriləcək.