
İraqın "Sədr" hərəkatının rəhbəri Seyyid Müqtəda Sədr Bəhreyn XİN-nin İraq səfirini nazirliyə çağıraraq ona İraq alimlərinin Bəhreynin daxili işlərinə qarışmamağı bildirməsinə münasibət bildirib.
Seyyid Müqtəda Sədr Bəhreyn hökümətinin bu addımına münasibətiniz necədir sualına cavab olaraq deyib: "Möminlər bir-biri ilə qardaşdırlar. Bəhreyn xalqına edilən zülm və sitəm də elə bil bizə qarşı edilən zülm və sitəmdir ki, bunun qarşısında sükut caiz deyil".